TÜRK DİLİ

 

İNFORMASİYA NƏZƏRİYYƏSİ VƏ MATERİALİZMİN SONU

 

Yuxarıda da qeyd etdiyimiz kimi, təkamül nəzəriyyəsinin əsasında materialist fəlsəfə durur. Materializm var olan hər şeyin yalnız maddə olduğu fərziyyəsinə əsaslanır. Bu fəlsəfəyə görə, maddə sonsuzdan bəri var, həmişə var olacaq və maddədən başqa bir şey də yoxdur. Materialistlər bu iddialarına dəstək təmin etmək üçün "reduksiya" adlandırılan məntiqdən istifadə edirlər. Reduksiya maddə kimi görünməyən şeylərin də əslində maddi faktorlarla açıqlana biləcəyi düşüncəsidir.

Bunu açıqlamaq üçün zehin nümunəsini verək. Məlum olduğu kimi, insanın zehni "əllə tutulan, gözlə görünən" bir şey deyil. Bundan əlavə, insan beynində "zehin mərkəzi" də yoxdur. Bu vəziyyət bizi istər-istəməz zehinin maddə üstü anlayış olduğu nəticəsinə aparır. Yəni "mən" dediyimiz, düşünən, sevən, əsəbiləşən, kədərlənən, zövq alan və ya əzab çəkən varlıq, bir kreslo, bir masa və ya bir daş kimi maddi varlıq deyil.

Materialistlər isə zehnin maddəyə reduksiya edilməz (sadələşdirilərək maddəyə çevrilə bilməz) olduğu iddiasındadırlar. Materialist iddiaya görə bizim düşünməyimiz, sevməyimiz, kədərlənməyimiz və bütün digər zehni fəaliyyətlərimiz, əslində beynimizdəki atomlar arasında meydana gələn kimyəvi reaksiyalardan ibarətdir. Bir insanı sevməyimiz beynimizdəki bəzi hüceyrələrdəki kimyəvi reaksiya, bir hadisə qarşısında qorxmağımız bir başqa kimyəvi reaksiyadır. Məşhur materialist filosof Karl Vogt bu məntiqi "Qaraciyər necə öd mayesi ifraz edirsə, beyin də düşüncə ifraz edir" deyə bildirmişdir. Halbuki əlbəttə, öd mayesi bir maddədir, amma düşüncənin maddə olduğunu göstərən heç bir dəlil yoxdur.

Reduksiya məntiq icra etmədir. Ancaq məntiq icra etmə düzgün təməllərə də, yanlış təməllərə də əsaslana bilər. Bu səbəbdən, bizim üçün əhəmiyyətli olan sual budur: Materializmin təməl məntiqi olan "Reduksiya" elmi məlumatlarla müqayisə edildikdə ortaya hansı nəticə çıxır?

XIX əsrin materialist elm adamları və ya mütəfəkkirləri bu suala asanlıqla "elm reduksiyanı təsdiqləyir" cavabının verilə biləcəyini sanırdılar. Ancaq XX əsr elmi ortaya çox fərqli həqiqəti çıxarmışdır.

Bu həqiqət təbiətdə var olan və əsla maddəyə reduksiya edilməz olan "məlumat"dır.

 

Maddə ilə məlumatın fərqİ

Canlıların DNT-lərində çox geniş məlumatın olduğuna əvvəlki hissələrdə toxunmuşduq. Millimetrin yüz mində biri qədər kiçik bir yerdə bir canlı bədəninin bütün fiziki detallarını təsvir edən sanki "məlumat bankı" var. Bundan əlavə canlı bədənində həm də bu məlumatı oxuyan, şərh edən və buna görə "istehsal" həyata keçirən sistem mövcuddur. Bütün canlı hüceyrələrində DNT-də olan məlumat, müxtəlif fermentlər tərəfindən "oxunur" və bu məlumata görə zülal çıxarılır. Bədənimizdə hər saniyə lazım olan yer üçün lazımlı növdə milyonlarla zülal çıxarılması bu sistemlə reallaşar. Bu sistem sayəsində ölən göz hüceyrələrimiz göz hüceyrələri, qan hüceyrələrimiz qan hüceyrələri ilə yenilənir.

Burada materializmin iddiasını düşünək: Görəsən, DNT-dəki məlumat materialistlərin iddia etdiyi kimi maddəyə reduksiya edilə bilərmi? Yaxud başqa sözlə desək, DNT-in yalnız bir maddə yığını olduğu və ehtiva etdiyi məlumatın da maddənin təsadüfi qarşılıqlı təsiri ilə ortaya çıxdığı qəbul edilə bilərmi?
 

DNA-dakı məlumatın təsadüflərlə və təbii mərhələlərlə əmələ gəlməsi imkansızdır.

XX əsrdə aparılan bütün elmi araşdırmalar, bütün təcrübə nəticələri və bütün müşahidələr bu suala qəti olaraq "xeyr" cavabı verilməsinin lazım olduğunu göstərir. Alman Federal Fizika və Texnologiya İnstitutunun idarəçisi prof. dr. Verner Citt bu mövzuda bunları söyləyir:

Hər hansı bir kodlaşdırma sistemi hər zaman zehni fəaliyyətin məhsuludur. Bir nöqtəyə diqqət yetirilməlidir. Maddə məlumat kodu çıxara bilməz. Bütün təcrübələr məlumatın ortaya çıxması üçün azad iradəni, mühakiməni və yaradıcılığı istifadə edən bir ağılın var olduğunu göstərir... Maddənin məlumat ortaya çıxara bilməsini təmin edəcək heç bir bilinən təbiət qanunu, fiziki müddət və ya maddi hadisə yoxdur... Məlumatın maddə içində öz-özünə ortaya çıxmasını təmin edən heç bir təbiət qanunu və fiziki müddət yoxdur.

Verner Cittin sözləri son 20-30 il içində inkişaf edən və termodinamikanın bir parçası olaraq qəbul edilən "Məlumat nəzəriyyəsi"nin gəldiyi nəticələrdəndir. Məlumat nəzəriyyəsi kainatdakı məlumatın quruluşunu və mənşəyini araşdırır. Məlumat nəzəriyyəçilərinin uzun araşdırmaları sayəsində əldə etdikləri nəticə isə budur: "Məlumat maddədən ayrıdır. Maddəyə əsla reduksiya edilə bilməz. Məlumatın və maddənin qaynağı ayrı-ayrı araşdırılmalıdır".

Məsələn, bir kitabın qaynağını düşünək. Bir kitab kağızdan, mürəkkəbdən və içindəki məlumatdan meydana gəlir. Diqqət yetirilsə, kağız və mürəkkəb maddi ünsürlərdir. Qaynaqları da yenə maddədir: Kağız sellülozadan, mürəkkəb isə müxtəlif kimyəvi maddələrdən əldə edilir. Ancaq kitabdakı məlumat maddi bir şey deyil və maddi qaynağı ola bilməz. Hər kitabdakı məlumatın qaynağı o kitabı yazmış müəllifin zehnidir.

Bu zehin kağız və mürəkkəbin necə istifadə ediləcəyini də təyin edir. Bir kitab əvvəlcə, o kitabı yazan müəllifin zehnində meydana gələr. Yazıçı zehnində məntiqləri qurar, cümlələri düzər. Bunları ikinci mərhələdə maddi formaya salar. Yəni bir makina və ya kompyuterdən istifadə edərək zehnindəki məlumatı hərflərə çevirər. Sonra da bu hərflər mətbəədə kağız və mürəkkəbdən ibarət kitaba çevrilər.

Buradan da bu ümumi nəticəyə gələ bilərik: "Əgər bir maddə məlumat ehtiva edirsə, o zaman o maddəni təşkil edən üstün məlumat sahibi Ağıl var. Bütün kainatdakı qüsursuz dizaynı var edən uca Rəbbimiz olan Allahdır."

 

Təbİətdəkİ məlumatın mənşəyİ

Elmin ortaya çıxardığı bu nəticəni təbiətə uyğunlaşdırdığımızda isə çox əhəmiyyətli faktlarla qarşılaşarıq. Çünki təbiət DNT nümunəsində olduğu kimi hədsiz məlumatla doludur və bu məlumat maddəyə reduksiya edilməyəcəyinə görə maddə üstü qaynaqdan gəlir.

Təkamül nəzəriyyəsinin ən öndə gələn müdafiəçilərindən biri olan Corc C.Uilyams bir çox materialistin və təkamülçünün görmək istəmədiyi bu həqiqəti qəbul edir. Uilyams materializmi uzun illər boyu müdafiə etsə də, 1995-ci il tarixli yazısında hər şeyin maddə olduğunu fərz edən materialist (reduksiya tərəfdarı) yanaşmanın yanlışlığının belə ifadə edir:

Təkamülçü bioloqlar iki fərqli sahədə çalışdıqlarını indiyə qədər fərq edə bilmədilər. Bu iki sahə maddə və məlumatdır... Bu iki sahə "reduksiya" olaraq bildiyimiz düsturla əsla bir araya gətirilə bilməz... Genlər maddi obyekt olmaqdan çox məlumat paketidir... Biologiyada genlər, genotiplər və gen hovuzları kimi anlayışlardan bəhs etdiyinizdə məlumat haqqında danışmış olarsınız, fiziki objektlər haqqında deyil... Bu vəziyyət, məlumatın və maddənin yaranmasının iki fərqli sahəsi olduğunu göstərir və bu iki fərqli sahənin mənşəyi də ayrı-ayrı araşdırılmalıdır.

Dolayısı ilə, təbiətdəki məlumatın qaynağı da materialistlərin zənn etdiyinin əksinə olaraq maddənin özü ola bilməz. Məlumatın qaynağı maddə deyil, maddə üstü üstün Ağıldır. Bu Ağıl maddədən əvvəl var. Maddə Onunla var olmuş və təşkil edilmişdir.

Dünyanın ən əhəmiyyətli universitetlərinin önündə gələn MİT-də (Massachusetts İnstitute of Technology) fizika və biologiya fakültələrində çalışmış və eyni zamanda “The science of God” (Allahın elmi) adlı məşhur kitabın yazıçısı olan yəhudi elm adamı Cerald Şrederin bu mövzu haqqında olduqca əhəmiyyətli izahları var. Şreder “Science reveals the ultimate truth” (Elm mütləq həqiqəti ortaya qoyur) adlı yeni kitabında molekulyar biologiya və kvant fizikası kimi elm sahələrinin ortaya qoyduğu nəticəni belə ifadə edir:

Bir şüur, universal ağıl bütün kainatı əhatə etmiş vəziyyətdədir. Atom altı maddələrin təbiətini araşdıran elmi görüşlər bizi təəccübləndirən nəticəyə gətirmişdir: Var olan hər şey bu ağılın təzahürüdür. Laboratoriyalarda bunun əvvəl fiziki olaraq enerji kimi əlavə olunan və sonradan maddəni formalaşdıran məlumat olduğunu təcrübə edirik. Hər parça atomdan insana qədər hər varlıq bu məlumatın, bu ağılın bir mərhələsini təmsil edir.

Şrederə görə dövrümüzün əldə etdiyi elmi nəticələr elm və texnologiyanın ortaq nöqtədə birləşməsini təmin etmişdir. Bu, yaradılış gerçəyidir. Elm insanlığa ilahi dinlər tərəfindən min illərlə çatdırılan bu həqiqiəti kəşf etmə nöqtəsinə gəlmişdir.

 

Materİalİst etİraflar

Canlılığı meydana gətirən əsas ünsürlərdən birinin "məlumat" olduğunu qeyd etdik. Bu məlumatın ağıl sahibi Yaradıcının varlığını isbat etdiyi də açıqdır. Həyatı yalnız maddi dünyadakı təsadüflərlə izah etməyə çalışan təkamül nəzəriyyəsi və onun fəlsəfi əsası olan materializm bu həqiqət qarşısında çarəsizdir.

Təkamülçülərin yazılarına baxdığımızda bəzən bu çarəsizliyin etiraf edildiyini görərik. Bunlardan biri, məşhur fransız zoolog Pyer-P.Qrassdır. Qrass materialist və təkamülçüdür. Ancaq darvinist nəzəriyyənin problemlərini bəzən açıq şəkildə etiraf edir. Qrassa görə darvinçi izahı əsassız edən ən əhəmiyyətli həqiqət həyatı meydana gətirən məlumatdır:

Hər hansı bir canlı orqanizm inanılmaz dərəcədə böyük "ağıl" ehtiva edir. Bu, insanların ən böyük arxitektura əsərləri olan kilsələri tikmək üçün istifadə etdiklərindən daha böyük bir ağıldır. Bu gün bu ağıla "məlumat" (informasiya) deyirik, amma məna eynidir. Bu məlumat bir kompyuterdə proqramlaşdırılmamışdır, amma kompyuterdəkindən də dar yerə, DNT-dəki xromosomlara və ya hər hüceyrədəki fərqli organoidlərə sıxışdırılmışdır. Bu "ağıl" həyatın "olmazsa, olmaz" şərtidir. Bəs, bunun qaynağı nədir?.. Bu həm bioloqları, həm də filosofları maraqlandıran bir sualdır və elm bunu əsla həll edə bilməyəcək kimi görünür.

Pyer-P. Qrassın "elmin bu sualı əsla həll edə bilməyəcək kimi göründüyünü" söyləməsinin səbəbi materialist olmayan heç bir izahı "elmi" saymaq istəməməsidir. Halbuki elmin özü materialist fəlsəfənin fərziyyələrini əsassız edir və bir Yaradıcının varlığını isbat edir. Qrass və ya digər materialist "elm adamları" bu həqiqət qarşısında ya gözlərini bağlayır, ya da "elm bunu açıqlaya bilmir" deyirlər. Çünki "əvvəl materialist, sonra elm adamı"dırlar və elm əksini isbat etsə də, materializmə inanmağa davam edirlər.

Bu səbəbdən, doğru elm anlayışına sahib ola bilmək üçün, əvvəlcə elmi və materialist fəlsəfəni bir-birindən ayırmaq lazımdır.

 

YUXARI

Saytı mənbə göstərərək çoxalda və köçürə bilərsiniz.

AdnanOktar.az