TÜRK DİLİ

 

NÖVLƏRİN ƏSL MƏNŞƏYİ

 

Darvin 1859-cu ildə “Növlərin mənşəyi” kitabını nəşr etdirdikdə canlıların qeyri-adi müxtəlifliyini açıqlayan nəzəriyyə irəli sürdüyünü düşünürdü. Bir canlı növü daxilində təbii müxtəlifliklər (variasiyalar) olduğunu müşahidə etmişdi. Məsələn, İngiltərədəki heyvan bazarlarını gəzərkən inəklərin çox fərqli cinslərinin olduğunu, heyvandarların da onları seçib, cütləşdirərək yeni cinslər əldə etdiklərini müşahidə etmişdi. Buna əsaslanaraq da “canlılar təbii şəkildə özləri müxtəlifləşə bilirlər, deməli, uzun zaman kəsikləri ərzində bütün canlılar yeganə ortaq əcdaddan törəyə bilər” şəkilində fikir irəli sürmüşdü.

Lakin Darvinin “növlərin mənşəyi” haqqında irəli sürdüyü bu fərziyyə əslində növlərin mənşəyini heç cür açıqlamırdı. Genetika elminin inkişafı ilə bir canlı növü daxilindəki müxtəlifləşmənin heç vaxt yeni növün əmələ gəlməsinə səbəb olmadığı məlum oldu. Darvinin “təkamül” hesab etdiyi fakt əslində “variasiya” idi.

 

Varİasİya nədİr?

Variasiya genetika elmində işlədilən termindir və “müxtəlifləşmə” mənasını verir. Bu genetik hadisə bir canlı növü daxilindəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur. Məsələn, yer üzündəki insanların hamısı, əsasən, eyni genetik məlumata malikdirlər, amma bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəziləri qıyıq gözlüdür, bəziləri sarışındır, bəzilərinin burnu uzun, bəzilərinin boyu qısadır.

Variasiya təkamülə dəlil deyil, çünki variasiya onsuz da mövcud olan genetik məlumatın fərqli cütləşmələrindən ortaya çıxır və genetik məlumata yeni xüsusiyyət qazandırmır. Təkamül nəzəriyyəsi qarşısında duran sual isə budur: tamamilə yeni növə aid yeni məlumat necə üzə çıxır?

Variasiya həmişə genetik məlumatın hüdudları çərçivəsində olur. Genetika elmində sözügedən hüduda “gen hovuzu” deyilir. Bir canlı növünün gen hovuzunda mövcud olan bütün xüsusiyyətlər variasiya sayəsində müxtəlif formalarda üzə çıxa bilir. Məsələn, variasiya nəticəsində bir sürünən növü daxilində digərinə nisbətən daha uzun quyruqlu və ya daha qısa ayaqlı cinslər meydana gələ bilər, çünki qısa ayaq məlumatı da, uzun ayaq məlumatı da sürünənlərin gen hovuzunda var. Amma variasiya sürünənlərə qanad taxıb, tük əlavə edib, maddələr mübadilələrini dəyişdirib onları quşa çevirmir. Çünki bu cür çevrilmə canlının genetik məlumatında əlavələr olmasını tələb edir, lakin variasiyalarda belə vəziyyət baş vermir.

Darvin nəzəriyyəsini irəli sürdükdə bu həqiqəti dərk etməmişdi. Variasiyaların hüdudu olmadığını düşünürdü. 1844-cü ildə yazdığı bir məqaləsində “bir çox yazıçı təbiətdəki variasiyanın bir hüdudu olduğunu qəbul edir, amma mən bu düşüncənin əsaslandığı konkret səbəbi görə bilmirəm” demişdi. “Növlərin mənşəyi”ndə də müxtəlif variasiya nümunələrini nəzəriyyəsinin ən böyük dəlili kimi göstərmişdi. Məsələn, Darvinin fikrincə, daha çox süd verən inək cinsləri yetişdirmək üçün müxtəlif inək variasiyalarını cütləşdirən heyvandarlar nəticədə inəkləri başqa canlı növünə çevirə biləcəkdilər.

Darvinin bu “hüdudsuz dəyişiklik” fikrini “Növlərin mənşəyi” kitabında yazdığı bu cümləsi ən yaxşı şəkildə ifadə edir:

Bir ayı cinsinin təbii seçmə yolu ilə getdikcə daha çox suda yaşamağa uyğun quruluş və vərdişlər əldə etməsində, daha böyük ağıza malik olmasında və nəticədə bu canlının nəhəng balinaya çevrilməsində heç bir çətinlik görmürəm.

Darvinin bu cür iddialı nümunələr verməsinin səbəbi yaşadığı əsrin ibtidai elm anlayışı idi. XX əsrin elmi isə canlılar üzərində aparılan bənzər təcrübələr nəticəsində “genetik dəyişməzlik” (genetic homoestatis) adlandırılan prinsipi aşkar etdi. Bu prinsip bir canlı növünü dəyişdirmək üçün edilən bütün cütləşdirmə (müxtəlif variasiya əmələ gətirmə) səylərinin nəticəsiz qaldığını, canlı növləri arasında keçilməz divarlar olduğunu ortaya qoyurdu. Yəni fərqli inək variasiyalarını cütləşdirən heyvandarların nəticədə inəkləri Darvinin iddia etdiyi kimi, başqa bir növə çevirməsi qətiyyən mümkün deyildi.

“Darvin yenidən mühakimədə” (Darwin retried) kitabının müəllifi Norman Makbet bu mövzuda belə deyir:

Problem canlıların həqiqətən də hüdudsuz şəkildə variasiyaya malik olub-olmamalarıdır... Növlər həmişə sabitdirlər. Heyvandarların yetişdirdiyi fərqli bitki və heyvan cinslərinin müəyyən həddən sonra irəliləmədiyini, hətta daima orijinal formalarına geri qayıtdıqlarını bilirik. Əsrlərlə davam edən yetişdirmə səylərinə baxmayaraq, heç vaxt qara lalə və ya mavi gül əldə etmək mümkün olmamışdır.

Heyvandarlıq mövzusunda dünyanın ən məşhur mütəxəssislərindən biri hesab edilən Lüter Börbenk bu həqiqəti “bir canlıda baş verən inkişafın bir həddi var və bu qanun bütün yaşayan canlıları müəyyən edilmiş bəzi hüdudlar daxilində sabit saxlayır” deyərək ifadə edir.

Ceri Berqman “təbii seçmə nəzəriyyəsi ilə əlaqədar bəzi bioloji problemlər” adlı məqaləsində variasiyanın daima müəyyən genetik hüdudlar daxilində meydana gəldiyini açıqlayan bioloq Edvard Diveydən sitat gətirərək belə şərh edir:

Divey bu nəticəyə gəlmişdir: “Çarpaz cütləşdirmə metodu ilə çox mühüm nəticələr əldə edilmişdir... Amma nəticədə buğda yenə də buğdadır, məsələn, üzüm deyil. Donuzlarda qanad əmələ gətirməyimiz quşların silindirşəkilli yumurtlamaları qədər qeyri-mümkündür. Daha müasir nümunə son əsr ərzində dünyadakı kişilərin boyunda müşahidə edilən artımdır. Daha yaxşı qidalanma və yaşayış şərtləri sayəsində kişilər son əsr ərzində boylarının uzunluğu ilə demək olar ki, rekord qırıblar; amma bu boy uzunluğu artsa da, artıq dayanma həddinə çatmışdır. Çünki artıq genetik hüduda dirənmiş vəziyyətdəyik.

Qısa desək, variasiyalar ancaq bir növün genetik məlumatının hüdudları daxilində qalan bəzi dəyişikliklər meydana gətirir, amma heç vaxt növlərə yeni genetik məlumat əlavə etmir. Bu səbəbdən, heç bir variasiya “təkamül” nümunəsi hesab edilə bilməz. Müxtəlif it və ya at cinslərini nə qədər cütləşdirsəniz də, nəticədə ortaya yenə it və ya at çıxacaq, amma yeni növ əmələ gəlməyəcəkdir. Danimarkalı elm adamı V.L.Cohansen bu mövzunu belə xülasə edir:

Darvinin xüsusi vurğuladığı variasiyalar əslində müəyyən həddən irəli gedə bilmirlər və bu səbəbdən variasiyalar “daimi dəyişikliyə (təkamülə) səbəb deyil”.

 

"Mİkrotəkamül" etİrafları

Göründüyü kimi, Darvinin “növlərin mənşəyi”nin açıqlaması hesab etdiyi variasiyaların əslində belə bir məna daşımadığı genetika elminin kəşfləri ilə aşkar edildi.

Buna görə də təkamülçü bioloqlar növ daxilindəki müxtəlifləşmə ilə yeni növ əmələ gəlməsini bir-birindən fərqləndirmək və bunlar haqqında iki ayrı məfhum irəli sürməyə məcbur oldular. Növ daxilindəki müxtəlifləşməyə, yəni “variasiya”ya “mikrotəkamül” adı verdilər. Yeni növlərin əmələ gəlməsi fərziyyəsi isə “makrotəkamül” adlandırıldı.

Bu iki məfhum uzun müddət biologiya kitablarında yer aldı. Əslində isə burada yanıldıcı üslubdan istifadə edilmişdir. Təkamülçü bioloqların “mikrotəkamül” adlandırdığı variasiya nümunələrinin əslində təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Çünki təkamül nəzəriyyəsi canlıların mutasiya və təbii seçmə mexanizmləri ilə yeni genetik məlumatlar qazanaraq inkişaf etdiklərini irəli sürür. Lakin variasiyalar bir az əvvəl də bildirdiyimiz kimi, heç vaxt yeni genetik məlumat əmələ gətirmir və ona görə də “təkamülə” səbəb olmurlar. Variasiyalara “mikrotəkamül” adı verilməsi təkamülçü bioloqların ideoloji təsir metodudur.

Təkamülçü bioloqların “mikrotəkamül” anlayışından istifadə edib yaratdıqları təsəvvür variasiyaların uzun zaman ərzində tamamilə yeni canlı sinifləri əmələ gətirməsi baxımından səhv məntiqdir. Belə ki, mövzu haqqında dərin məlumata malik olmayan bir çox adam “mikrotəkamül uzun zaman davam etdikdə makrotəkamülə çevrilir” kimi səthi düşüncəyə qapılırlar. Bu düşüncənin nümunələrini tez-tez görmək mümkündür. Bəzi “həvəskar” təkamülçülər “insanlarda boyun orta uzunluğu bir əsr ərzində 2 sm artmışdır, deməli, milyonlarla il ərzində hər cür təkamül baş verə bilər” kimi məntiq yürüdürlər. Lakin yuxarıda da deyildiyi kimi, boyun orta uzunluğundakı dəyişiklik kimi variasiyaların hamısı müəyyən genetik hüdudlar çərçivəsində baş verən və təkamülə dəxli olmayan proseslərdir.

Belə ki, “mikrotəkamül” adlandırdıqları variasiyaların yeni canlı sinifləri əmələ gətirmədiyini, yəni “makrotəkamülə” çevrilmədiyini dövrümüzdəki nüfuzlu təkamülçü dairələr də qəbul edir. Təkamülçü bioloqlar Cilbert, Opitz və Raff “Developmental biology” jurnalında 1996-cı ildə dərc edilən məqalələrində bu mövzunu belə açıqlayırlar:

Müasir Sintez (neodarvinist nəzəriyyə) mühüm nailiyyətdir. Ancaq 1970-ci illərdən başlayaraq çox sayda bioloq bu nəzəriyyəni təkamülü açıqlama baxımından qeyri-kafi olması ilə bağlı sorğu-suala tutmağa başladı. Genetika elmi makrotəkamülü açıqlamaq üçün qaneedici vasitə ola bilər, lakin genetik məlumatdakı mikrotəkamül xarakterli dəyişikliklər bir sürünəni bir məməliyə və ya bir balığı amfibiyaya çevirə bilməz. Mikrotəkamül sadəcə uyğun olanların həyatda qalması anlayışını bir yöndən izah edə bilər, uyğun olanların əmələ gəlməsini isə açıqlaya bilməz. Qudvinin 1995-ci ildə dediyi kimi, “növlərin mənşəyi, yəni Darvinin problemi həllini tapmamışdır”.

“Mikrotəkamül” adlandırılan variasiyaların “makrotəkamül” iddiasını, yəni növlərin mənşəyini heç cür izah etməməsi digər təkamülçü bioloqlar tərəfindən də qəbul edilmişdir. Məşhur elm adamı Rocer Levin 1980-ci ilin oktyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən məşhur elmi konfransda bu mövzuda gəldikləri nəticəni belə izah edir:

Darvin (variasiyalara əsaslanaraq) yürütdüyü məntiqdə haqlı idimi? Təkamül biologiyasının tarixindəki son 40 ilin ən mühüm konfranslarından birində iştirak edən elm adamlarının ortaya qoyduğu fikrə görə bu sualın cavabı “xeyr”dir. Çikaqo konfransındakı əsas məsələ bu idi: mikrotəkamülü təmin edən mexanizmlər makrotəkamül adlandırdığımız fenomeni açıqlaya bilərmi? Cavab məlumdur: xeyr.

Bu həqiqət belə də xülasə edilə bilər: darvinizmin bir əsrdən artıq müddətdən bəri “təkamül dəlili” kimi göstərdiyi variasiyaların əslində “növlərin mənşəyi” ilə heç bir əlaqəsi yoxdur. İnəklər milyonlarla il boyu müxtəlif şəkildə cütləşdirilə bilər və fərqli inək cinsləri əldə edilə bilər. Amma inəklər heç vaxt başqa bir canlı növünə, məsələn, zürafəyə və ya filə çevrilməz.


Darvin Qalapaqos adalarındagörduyu və nəzəriyyəsinə sübut hesab etdiyi fərqli “alacəhrə dimdikləri” həqiqətən də bir variasiya nümunəsidir və növlərin təkamülü idiasına sübut hesab etmək olmaz.

Darvinin Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrələr də eyni şəkildə “təkamülə” dəlil olmayan variasiya nümunəsidir. Son illərdə aparılan müşahidələr alacəhrələrdə Darvinin nəzəriyyəsinin irəli sürdüyü kimi, hüdudsuz dəyişikliyin baş vermədiyini üzə çıxarmışdır. Habelə Darvinin 14 fərqli növ kimi müəyyən etdiyi müxtəlif alacəhrə növlərinin çoxu əslində bir-biriləri ilə cütləşən, yəni eyni növün fərdləri olan variasiyalardır. Elmi müşahidələr demək olar ki, hər təkamülçü mənbədə əfsanə kimi izah edilən “alacəhrə dimdikləri” nümunəsinin əslində “variasiya” nümunəsi olduğunu, yəni təkamül nəzəriyyəsinə dəlil olmadığını göstərir. Qalapaqos adalarına “darvinist təkamülün dəlillərini tapmaq” üçün gedən və adalardakı alacəhrə növlərini uzun illər boyu müşahidə edən Piter və Rouzmeri Qrantın məşhur elmi fəaliyyətləri adada “təkamül” baş vermədiyini sübut etməkdən başqa nəticə verməmişdir.

Elə bu səbəbdən də Darvinin problemi, yəni “növlərin mənşəyi” təkam ülçülər üçün hələ də c avabsızdır.

 

Fosİllərə əsasən növlərİn mənşəyİ

Təkamül nəzəriyyəsinin iddiasına əsasən, yer üzündəki canlı növləri ortaq əcdaddan kiçik dəyişikliklər nəticəsində törəyiblər. Başqa sözlə, nəzəriyyəyə əsasən, canlı növləri bir-birindən kəskin fərqlərlə ayrılmır. Ancaq təbiətdə aparılan müşahidələr iddia edilən davamlı dəyişmələrin olmadığını göstərmişdir. Canlılar aləmində bir-birindən nəzərəçarpacaq dəyişikliklərlə fərqlənən müxtəlif kateqoriyaların olduğu müşahidə olunmuşdur. Onurğalılar paleontologiyası sahəsində mütəxəssis və qabaqcıl təkamülçülərdən biri olan Robert Karol bunu “onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı kitabında belə etiraf edir:

Bu gün dünyada demək olar ki, saysız-hesabsız növün yaşamasına baxmayaraq, bunlar bir-birindən çətinliklə fərqləndirilən ara formalardan ibarət davamlı spektr əmələ gətirmirlər. Bunun əvəzinə növlərin demək olar ki, hamısı bir-birindən səciyyəvi xüsusiyyətlərlə fərqlənən əsas qruplara aiddirlər.

Canlılığın mənşəyini aydınlaşdıran elmın ən önəmli sahəsi paleontologiya ,yəni fosilləri öyrənən elmdir. Iki əsrdir böyük səylə tətqiq edilən fosil yataqları,Darvinin nəzəriyyəsinin tam əksi olan mənzərə ortaya çıxarır. Növlər təkamül keçirərək əmələ gəlməyib, yer üzündəbir anda və müxtəlif quruluşlarda meydana çıxmışlar.

Təkamül tarixən baş verdiyi iddia edilən bir prosesdir. Bizə canlıların tarixi haqqında məlumat vərən yeganə elmi mənbə də fosillərdir. P.Qrasse bu mövzuda belə deyir:

Təbiətşünaslar unutmamalıdır ki, təkamül prosesi sadəcə fosillər vasitəsilə üzə çıxa bilər... Sadəcə paleontologiya (fosilləri öyrənən elm) təkamülə dəlil verə bilər və təkamülün inkişafını və mexanizmlərini göstərə bilər.

Fosillər vasitəsilə bu mövzunu aydınlaşdırmaq üçün təkamül nəzəriyyəsinin iddiaları ilə fosil tapıntılarını bir-birləri ilə qarışdırmamalıyıq.

Təkamül nəzəriyyəsinə əsasən, bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəlcədən mövcud olan bir canlı növü zaman ərzində başqa bir canlıya çevrilmiş və bütün növlər bu şəkildə meydana gəlmişlər. Nəzəriyyəyə əsasən, bu çevrilmə yüz milyon illəri əhatə edən zaman ərzində baş vermiş və mərhələ-mərhələ irəliləmişdir. Bu təqdirdə iddia edilən uzun çevrilmə prosesi çərçivəsində saysız-hesabsız “ara növlər” əmələ gəlməli və yaşamalıdırlar.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini hələ də daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanmış yarıbalıq-yarısürünən canlılar yaşamalıdır. Yaxud da sürünən xüsusiyyətlərini daşıyan və eyni zamanda da bəzi quş xüsusiyyətləri qazanmış sürünən quşlar əmələ gəlməlidir. Bunlar çevrilmə prosesində olduqları üçün şikəst, natamam, qüsurlu canlılar olmalıdır. Keçmişdə yaşadıqları güman edilən bu nəzəri canlılar “ara keçid formalar” adlandırılır.

Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşayıblarsa, onların sayı və növü milyonlarla, hətta milyardlarla olmalıdır. Bu canlıların qalıqlarına mütləq rast gəlinməlidir. Çünki bu ara keçid formalarının sayı bu gün məlum olan heyvan növlərindən də çox olmalı və dünyanı n hər tərəfi fosilləşmiş ara keçid formaların qalıqları ilə zəngin olmalıdır. Bu həqiqət Darvin tərəfindən də qəbul edilmişdir və Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birilə əlaqələndirən saysız-hesabsız ara keçid növlər mütləq yaşamalıdır... Onların yaşadığına dair dəlillər isə ancaq fosil qalıqları arasında tapıla bilər.

Bu sətirləri yazan Darvin bu ara-keçid formalarının fosillərinin heç cür tapılmadığını da bilirdi. Bunun öz nəzəriyyəsi üçün böyük problem olduğunu da görürdü. Ona görə “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” (Difficulties on theory) adlı bölməsində belə yazmışdı:

Əgər həqiqətən növlər digər növlərdən tədrici inkişafla törəmişdirsə, nə üçün saysız-hesabsız ara-keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq deyil, tam nizam halındadır? Saysız-hesabsız ara keçid forması olmalıdır, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox olan təbəqələrində onları tapmırıq? Nə üçün hər geoloji forma və hər təbəqə bu cür ara-keçid formaları ilə dolu deyil? Geoloji cəhətdən yaxşı dəyərləndirilmiş dövr müəyyən edilməmişdir və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaqdır.

Darvinin bu böyük problem qarşısında irəli sürdüyü yeganə açıqlama isə o dövrdəki fosillərin kafi olmaması idi. Fosillər hərtərəfli şəkildə təhlil edildikdə itmiş ara formaların mütləq tapılacağını iddia etmişdi.

 

Ara keçİd formaları problemİ və sabİtlİk

Təkamülçü paleontoloqlar Darvinin bu iddiasına əsaslanaraq XIX əsrin ortalarından etibarən dünyanın hər tərəfində qızğın fosil araşdırmaları apardılar və ara keçid formalarını axtardılar. Lakin bütün səylərinə baxmayaraq, bu ara-keçid formalarına heç vaxt rast gəlmədilər. Aparılan qazıntılarda və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamül nəzəriyyəsinin iddialarının əksinə, canlıların yer üzündə birdən-birə, tam və qüsursuz şəkildə ortaya çıxdıqlarını göstərdi.

Təkamülçü paleontoloq Robert Karol fosil tapıntılarının darvinistlərin ümidlərini boşa çıxardığını etiraf etməyə məcbur olmuşdur:

Darvinin ölümündən bəri 100 ildən çox davam edən qızğın fosil yığma fəaliyyətlərinə baxmayaraq, fosil qeydləri hələ də onun gözlədiyi saysız-hesabsız ara-keçid halqaları ilə bağlı səhnə üzə çıxarmır.

Başqa bir təkamülçü paleontoloq K.S.Tomson yeni canlı qruplarının fosil qeydlərində çox ani surətdə üzə çıxdıqlarını bildirir:

Əsas canlı qrupu ortaya çıxdıqda və fosil qeydlərində ilk dəfə göründükdə əcdadı və ya təkamül qohumu olduğu fərz edilən qruplarda görünməyən yeni xüsusiyyətlərlə birlikdə üzə çıxır. Morfologiya və funksiyalarındakı bu radikal fərqlərin çox sürətlə üzə çıxdığı görünür.

Bioloq Frensis Hiçinq isə “Zürafənin boynu: Darvinin səhvi nədə idi?” (The neck of the giraffe: where Darwin went wrong) adlı kitabında belə yazır:

Fosil qeydlərində Darvivin irəli sürdüyü kimi mərhələli bir inkişaf yoxdur. Fərqli canlı növləri özlərinə xas bədən quruluşları ilə bir anda meydana gəlmişlər.

Əgər fosillər tapırıqsa və əgər Darvinin nəzəriyyəsi doğrudursa, onda qayalarda müəyyən qrup məxluqun daha kompleks başqa qrup məxluqa doğru kiçik dəyişikliklərlə təkamül keçirdiyini göstərən qalıqlar üzə çıxmalıdır. Nəsildən-nəsilə inkişaf edən bu “kiçik dəyişikliklər” olduqca yaxşı qorunmalıdır. Ancaq vəziyyət heç də belə deyil. Əslində bunun tam əksi doğrudur. Darvinin “saysız-hesabsız ara forma olmalıdır, amma bunları nə üçün yer üzünün saysız-hesabsız təbəqələrində tapa bilmirik?” deyərkən şikayətlənməsi kimi. Darvin fosil qeydlərindəki bu “qeyri-adi çatışmazlığın” sadəcə daha artıq fosil qazıntısı aparmaqla əlaqədar olduğunu düşünmüşdü. Amma nə qədər yeni fosil qazıntıları aparılsa da, tapılan növlərin demək olar ki, hamısının istisnasız bu gün yaşayan heyvanlara çox bənzədiyi üzə çıxmışdır.

Fosil qeydləri canlı növlərinin həm bir anda və tamamilə fərqli quruluşda meydana gəldiklərini, həm də çox uzun geoloji dövrlər boyu dəyişmədən sabit qaldıqlarını göstərir. Harvard Universitetindən paleontoloq və məşhur təkamülçü Stefen Cey Quld bu həqiqəti 1970-ci ilin sonlarında belə qəbul edir:

Fosilləşmiş növlərin əksərinin tarixi pilləli təkamüllə ziddiyyət təşkil edən iki fərqli xüsusiyyət ortaya qoyur:

1. Sabitlik. Əksər növlərdə dünyada mövcud olduğu müddət ərzində heç bir dəyişiklik baş verməmişdir. Fosil qeydlərində ilk dəfə meydana gəldikləri andakı formaları nədirsə, qeydlərdən izləri silindiyi andakı formaları da o cürdür. Morfoloji (forma) dəyişiklik əsasən məhduddur və müəyyən istiqaməti yoxdur.

2. Ani şəkildə ortaya çıxma. Bir növ hər hansı lokal bölgədə əcdadlarından pilləli şəkildə dəyişikliklərə uğrayaraq mərhələ-mərhələ meydana gəlmir, bir anda və “tamamilə formalaşmış” şəkildə ortaya çıxır.

Sonrakı tədqiqatlar fosil qeydlərində görülən sabitlik və ani şəkildə ortaya çıxma həqiqətini daha çox gücləndirdi. Stefen Cey Quld və Nayls Eldric 1993-cü ildə “geoloji tarix boyu növlərin çoxu ya nəzərə çarpacaq dərəcədə dəyişməmiş, ya da heç bir aydın istiqaməti olmayan morfoloji cəhətdən cüzi dalğalanmalar baş vermişdir” deyə yazdılar. Robert Karol 1997-ci ildə “əsas qrupların çoxunun geoloji baxımdan çox qısa müddətdə əmələ gələrək müxtəlifləşdiyini və əsaslı morfoloji və ya qidalanma tipli dəyişikliklər olmadan daha uzun müddət həyatını davam etdirdiyini” qəbul etməyə məcbur olmuşdur.

Burada “ara forma” anlayışının tam şəkildə nə məna verdiyini bildirməliyik. Təkamül nəzəriyyəsinin iddia etdiyi ara formalar iki canlı növü arasında qalan, lakin əksik və yarım orqanlara malik olan canlılardır. Ancaq bəzən ara forma anlayışı səhv başa düşülür və əslində ara forma xüsusiyyəti daşımayan canlılar ara forma kimi qəbul edilir. Məsələn, bir canlı qrupunun digər canlı qrupuna aid xüsusiyyətlərə malik olması ara formaya aid xüsusiyyət deyil. Avstraliyada yaşayan ördəkburun məməli olmasına baxmayaraq, sürünənlər kimi yumurtlayaraq çoxalır. Bundan başqa, ördək burnuna bənzəyən dimdiyi var. Elm adamları ördəkburun kimi canlılara “mozaik canlı” adını vermişlər. Mozaik canlıların ara forma olmadığı Stefen C.Quld və Nayls Eldric kimi qabaqcıl təkamülçü paleontoloqlar tərəfindən də qəbul edilir.



Fosİl qeydlərİnİn kafİlİyİ

Görəsən, ara forma fosillərinin yoxluğu qarşısında Darvinin 140 il əvvəl müdafiə etdiyi “ara formalar indi yoxdur, amma yeni tədqiqatlarla tapıla bilər” arqumenti hələ də etibarlıdır? Başqa sözlə, aparılan bütün fosil tədqiqatlarının nəticəsinə baxaraq ara formalarının, əslində, heç vaxt yaşamadıqları qəbul edilməlidir, yoxsa yeni araşdırmaların nəticələri gözlənilməlidir?

Bu suala veriləcək cavabı, əlbəttə, əlimizdəki fosil qeydlərinin zənginliyi müəyyən edir. Paleontoloji faktlara baxdıqda isə fosil qeydlərinin həddindən artıq zəngin olduğunu görürük. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş milyardlarla fosil nümunəsi var.Bu fosillərə baxaraq 250 min müxtəlif canlı növü müəyyən edilmişdir və bunlar hal-hazırda yaşayan 1.5 milyon növə həddindən artıq bənzərdir. (hal-hazır da yaşayan bu 1.5 milyon növün 1 milyonu həşəratlardır). Bu qədər zəngin fosil mənbəyinə baxmayaraq, heç bir ara forma tapılmasa da, yeni qazıntılarda ara formaların tapılacağı mümkün hesab edilir. Qlazqo Universitetindən paleontologiya professoru T.Nevil Corc bu həqiqəti illər əvvəl belə qəbul etmişdir:

Fosil qeydlərinin kasadlığı üçün üzr istəməyə artıq ehtiyac yoxdur.

Amerikan Doğa Tarihi Müzesi Müdürü ünlü paleontolog Niles Eldredge ise, Darwin'in "fosil kayıtları yetersiz, ara formları o yüzden bulamıyoruz" iddiasının geçerli olmadığını şöyle açıklamaktadır:

Bütün dəlillər fosil qeydlərinin ortaya qoyduğu nəticənin doğru olduğunu göstərir: (Fosil qeydlərində) gördüyümüz boşluqlar həyat tarixindəki həqiqi hadisələri əks etdirir, bunlar fosil məcmusunun kifayət etməməsinin nəticəsi deyil.

Robert Uesson isə 1991-ci ildə nəşr olunan “Təbii seçmədan kənar” (Beyond natural selection) adlı kitabında “fosil qeydlərindəki boşluqların həqiqi və faktiki” olduğunu belə açıqlayır:

Fosil qeydlərindəki boşluqlar həqiqətdir. Hər hansı (təkamül xarakterli) törəməni göstərən qeydlərin yoxluğu son dərəcə açıqdır. Növlər, əsasən, çox uzun zaman kəsikləri ərzində sabit qalmışlar. Növlər və xüsusilə cinslər heç vaxt yeni bir növə və ya cinsə doğru təkamül keçirməmişlər. Bunun əvəzinə, bir növ və ya cinsin digəri ilə yerdəyişməsi müşahidə edilmişdir. Dəyişiklik isə, əsasən, ani surətdə baş verir.


Fosil qeydlərində sabitlik
Əgər həqiqətin təkamül baş versəydi,canlıların yer üzündə kiçik mərhələli dəyişmələrlə ortaya çıxmaları və zamanla bu dəyişmələrə davam etmələri lazım olacaqdı.Ancaq fosil qeydləri bunun tamamilə əksini göstərir. Müxtəlif canlı sinifləmələri, özlərinə bənzəyən əcdadları olmadan birdən ortaya çıxmışlar və yüz milyon illər boyu heç bir dəyişıkliyə uğramadan sabit şəkildə qalmışlar.


Ordovik dövrünə aid “at dırnağı xərçəngi” fosil. Bu 450 milyon illik fosildə günümüzdə yaşayan nümunələrində fərqlənmir.

 

Ordovik dövrünə aid ustritsa fosilləri; bu gün yaşayan ustritsalardan fərqlənmir.

 

Ammonitlər, təxminən 350 milyon il əvvəl ortaya çıxdılar, 65 milyon il əvvəl nəsilləri kəsildi. Bu 300 milyon il boyu yusarıdakı fosildə gorünən quruluşları qətiyyən dəyişmədi.

 



400 milyon illik dəniz ulduzu fosili

 

ABŞ-ın Qərbi Ontario ştatında tapılan 1,9 milyard illik bakteriya fosili. Bu gün yaşayan bakteriyalarla eyni quruluşdadır.

 

Şotlandiyadakı Şərqi Kirkton bölgəsində tapılan ən qədim əqrəb fosili. Pulmonoscorpius kirttonensis adlandırılan növə aid bu əqrəb 320 milyon illikdir və günümüzdə yaşayan nümunələrindən fərqlənmir.

Bu vəziyyət təkamül nəzəriyyəsinin 140 ildən bəri irəli sürdüyü “ara forma fosilləri tapılmamışdır, amma sonradan tapıla bilər” arqumentinin artıq əsassız olduğunu göstərir. Fosil qeydləri canlıların mənşəyini anlamaq üçün kifayət qədər zəngindir və qarşımıza konkret faktlar qoyur: fərqli canlı növləri aralarında təkamül xarakterli “keçid formaları” olmadan yer üzündə bir anda və fərqli formaları ilə ayrı-ayrı meydana gəlmişlər.

 

Baltik dənizinin sahillərində kəhrəba içində tapılan təxminən 170 milyon illik bir həşərat fosili. Yaşayan nümunələrindən fərqlənmir.

 

35 milyon illik milçəklər. Yaşayan nümunələri ilə eyni bədən quruluşuna sahibdirlər.

 

Yurasik dövrünə aid təxminən 170 milyon illik krevet fosili. Yaşayan krevetlərdən fərqlənmir.

 

Fosİl qeydlərİnİn göstərdİyİ həqİqət

Bəs on illərlə cəmiyyətin şüuruna yerləşən “təkamül-paleontologiya” əlaqəsi haradan gəlir? Nə üçün bir çox insan fosil qeydlərindən bəhs edilərkən bu qeydlər ilə Darvinin nəzəriyyəsi arasında müsbət əlaqə təsəvvürünə qapılır? Bu sualların cavabı məşhur “Science” (Elm) elmi jurnalındakı bir məqalədə belə açıqlanır:

Almaniyanın Bavariya bölgəsində tapılan 140 milyon illik cırcırama fosili.Yaşayan nümunələrindən fərqlənimrı.

Təkamül biologiyası və paleontologiya sahələrindən kənarda qalan çox sayda yüksək təhsilli elm adamı təəssüf ki, fosil qeydlərinin darvinizmə çox uyğun olduğu səhv fikrinə düşmüşdür. Bu, böyük ehtimalla, ikinci dərəcəli mənbələrdəki həddindən artıq sadələşdirmədən qaynaqlanır; aşağı səviyyəli dərsliklər, yarı-populyar məqalələr və s. Digər tərəfdən, böyük ehtimalla, bir az tərəfli düşüncə də araya girir. Darvindən sonrakı illərdə onun tərəfdarları bu istiqamətdə (fosillər sahəsində) irəliləyiş əldə etməyə ümid bəsləmişlər. Bu irəliləyiş əldə edilməmiş, lakin yenə də müsbət yönlü ümid davam etmiş və bəzi təxəyyül məhsulu olan fantaziyalar da dərsliklərə bu cür girmişdir.

N.Eldric və İ.Tattersal isə bu mövzuda belə şərh verirlər:

Eyni növlərə aid fosillərin fosil qeydlərində mövcud olduqları müddət ərzində dəyişmədikləri Darvinin “Növlərin mənşəyi”ni nəşr etdirməsindən əvvəl də paleontoloqlara məlum idi. Darvin isə gələcək nəsillərin bu boşluqları dolduracaq yeni fosil tapıntıları əldə edəcəyini iddia etmişdir... Aradan keçən 120 ildən çox müddət ərzində aparılan bütün paleontoloji araşdırmalar nəticəsində fosil qeydlərinin Darvinin bu iddiasını təsdiqləməyəcəyi artıq açıq şəkildə görünür. Bu fosil qeydlərinin qeyri-kafiliyindən irəli gələn problem deyil. Fosil qeydləri açıq şəkildə sözügedən iddanın səhv olduğunu göstərir.

Növlərin həddindən artıq sabit olması və uzun zaman kəsikləri ərzində daima sabit qalması istiqamətindəki müşahidələr “Kral çılpaqdır” nağılındakı vəziyyətə bənzəyir. Hər kəs bunu görür, amma görməməzliyə vurur. Darvinin irəli sürdüyü mənzərəni israrla inkar edən fosil qeydləri ilə qarşı-qarşıya qalan paleontloqlar bu həqiqətdən açıq-aşkar üz çevirmişlər.

Amerikalı paleontoloq S.M.Stenli isə fosil qeydlərinin ortaya qoyduğu bu həqiqətin elm dünyasına hakim olan darvinist ehkam tərəfindən necə gözardı edildiyini və etdirildiyini b elə izah edir:

Məlum olan fosil qeydləri pilləli təkamülə uyğun gəlmir və heç vaxt da uyğun gəlməmişdir. Nəzərə çarpan cəhət odur ki, bəzi tarixi şərtlər vasitəsilə bu ziddiyyət gizlədilmişdir... Bir çox paleontoloq əllərindəki dəlillərin Darvinin kiçik, yavaş və pilləli dəyişikliklərin yeni növ əmələ gətirməsi fikriylə ziddiyyət təşkil etdiyini hiss etmişdir... Ancaq onlar susdurulmuşdur.

Kəhrəba içində tapılmış 25 milyon illik termit fosilləri. Bu gün yaşayan termitlərdən heç bir fərqi yoxdur.

İndi fosil qeydlərinin günümüzədək “susdurulmuş” həqiqətini daha ətraflı təhlil edək. Bunun üçün ən qədim dövrlədən bu günə qədər keçən təbiət tarixini mərhələli şəkildə nəzərdən keçirmək lazımdır.

 

YUXARI

Saytı mənbə göstərərək çoxalda və köçürə bilərsiniz.

AdnanOktar.az